S.Fettel indi də mətbuatı günahlandırır

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, zəif performanslarının səbəbi mətbuatdır.

F-1.az xatırladır ki, Ferrari komandası ilk 3 yarışda 3 dəfə Fettelin lehinə komanda əmri verib. Bu hal mətbuat tərəfindən birmənalı qarşılanmayıb.

Sebastyan Fettel: “Komanda əmrlərinin doğru olub-olmadığını bilmirəm. Lyuisdən soruşun. Mercedes də fərqli vəziyyətlərə düşdü. Bu hal ilk dəfə baş vermir. Mattia komanda üçün hər şeyi sınadı. İki həftə əvvəl Bəhreyndə Şarl daha sürətli idi. Orada ötmə etmək asan oldu. Çində üç və dördüncü ola bilməməyimiz məyusedicidir. Şarldan qabaqda olmaq istədim, o da əksini istədi. Bu barədə çox danışmaq istəmirəm. Çünki çətindir. Xüsusən də mətbuat hər sözümdən bir məna çıxarır. Jurnalistlər öz işlərini yaxşı görmürlər. Amma jurnalist olmadığım üçün şərh verməyəcəm. Dediklərimi öz üzərinizə götürməyin”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*