Ferrari yeni bolidi testlərdən əvvəl trasa çıxaracaq?

Ferrari komandası 2021-ci il bolidini Bəhreyn testindən əvvəl trasa çıxarmağı planlaşdırır.

F-1.az xatırladır ki, İtaliya komandası yeni bolidini adətən qış testlərindən bir neçə gün əvvəl Barselonada reklam çəkilişi üçün trasa çıxarırdı. Daha sonra isə qış testlərində iştirak edirdi. Lakin bu il qış testləri Bəhreyndə baş tutacaq.

İtaliya mətbuatının xəbərinə görə “qırmızılar” 2021-ci il bolidini Bəhreyn testindən əvvəl Saxirdə trasa çıxaracaq. Ferrari-nin yeni bolidinin ilk dəfə 11 fevralda trasa çıxması planlaşdırılır.

Qaydalara əsasən Ferrari burada SF21 ilə 100 km məsafə qət edə bilər. Beləliklə, komandalar bu yolla həm yeni boliddəki sistemləri test edirlər, həm də problemləri düzəltməyə çalışırlar. Belə çəkiliş günlərində yeni detalların test edilməsinə icazə yoxdur və komandalar Pirelli-nin şou təkərlərindən istifadə etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*