Pyero Ferrari Vassyörü dəstəkləyir

Frederik Vassyör Ferrari komandasını yalnız ilin əvvəlində təhvil alıb və onun qarşısında son dərəcə çətin bir vəzifə durur.

F-1.az xəbər verir ki, Frederikə komandanın çempionatda liderliyə qayıtmasını təmin etmək tapşırılıb. Hələlik Scuderia üçün işlər yaxşı getmir və mövsümün beş mərhələsindən sonra Mühəndislər Kubokunda dördücü yerdədir. Buna baxmayaraq, şirkətin qurucusunun oğlu hesab edir ki, Vassyör belə bir vəzifə üçün uyğun insandır. Lakin o, təkbaşına bunun öhdəsindən gələ bilməz.

Pyero Ferrari: “Bİz onun nəyəsə nail olması üçün biz vaxt verməliyik. Vasseur motor idmanının nə olduğunu bilir, çünki o, uzun illər bu sahədə çalışır və bizim etibarımıza layiqdir. Amma komandanı gücləndirməkdə davam etməliyik və bunun üçün bizə fərqli təcrübəyə malik insanlar lazımdır. Əvvəllər təşkilatımızda islahatlar apararaq, başqa komandalardan mütəxəssislər gətirəndə böyük nəticələr əldə etmişik. Biz özümüz bəzi işlərdə yaxşıyıq, lakin Scuderia-nın heyətini gücləndirmək üçün digər sahələrdə də yüksək səviyyəli peşəkarlara ehtiyacımız var”.

Xatırladaq ki, Frederikin zəngin F1 komandası idarəetmə təcrübəsi var. O, daha əvvəl Renault və Alfa Romeo kimi komandaların sükanı arxasında olub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*