S.Peres Force İndia-dan ayrılmaq istəyib

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, bir ara komandadan ayrılmağı düşünüb.

F-1.az xatırladır ki, Peresin adı Ferrari, Renault və Williams kimi komandalarla hallansa da, meksikalı sürücü Force İndia-da daha bir il qalmağa qərar vermişdi. Renault komandası bundan sonra Niko Hülkenberqi transfer etmişdi.

Serxio Peres: “Bir ara komandadan ayrılmaq qərarına gəlmişdim. O dövr komanda ilə danışıqlara belə girmək istəmirdim. Daha sonra komandada qalmağa qərar verdim. Amma bu idmanda heç vaxt heç nəyə əmin ola bilmərsiniz. Hər şey sürətlə dəyişir. Bir müqaviləyə imza atana qədər hər şey ola bilər. Bunu daha əvvəl mən də yaşadım. Renault-dan başqa bir neçə komandadan da təklif almışdım. Hamısına təşəkkür etməliyəm. Belə olan halda bir sürücü kimi özünüzü xüsusi hiss edirsiniz.

Amma mən sonda ən yaxşı gələcəyin burada olacağına qərar verdim və xoşbəxtəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*