16 Noyabr 2019, Şənbə - 02:48

E.Okon: “Hər dövrə özümü inkişaf etdirdim”

E.Okon: “Hər dövrə özümü inkişaf etdirdim”

Müəllif: Rauf Hacıyev, redaktor

14:04 - 14 İyul, 2016

Esteban Okon çərşənbə günü Mercedes AMG komandası ilə testə çıxmışdı və fransalı sürücü özünü W07 Hybrid-in sükanı arxasında daha rahat hiss edib.

F-1.az xatırladır ki, Esteban Okon Silverstoun testlərinin ikinci günündə 139 dövrə vurmuşdu. Avropa Formula3 seriyası üzrə 2014-cü ilin, GP3 seriayası üzrə 2015-ci ilin Dünya Çempionu olan Okon, testlərin son gününü Rəykkönendən sonra ikinci yerdə bitirib.

Qeyd edək ki, Esteban Okon həm Renault Sport F1 komandasında ehtiyat sürücüsüdür, həm də DTM seriyasında Mercedes-in şərəfini qoruyur. Çərşənbə günü W07 Hybrid-in sükanı arxasına keçən fransalı sürücü, özünü rahat hiss etdiyini bildirib və bu şansı verdikləri üçün Mercedes komandasına təşəkür edib: “Boliddə özümü rahat hiss edirdim. Bütün proqramlarımızı tamamladıq və 139 dövrə vurduq. Günə bəzi aerodinamik testlərlə başladıq. Daha sonra isə hər dövrədə sürüşümü təkmilləşdirdim. Xüsusən də Soft təkərlərlə. Komandaya mənə bu fürsəti verdikləri üçün təşəkkür edirəm. Burada çox şey öyrəndim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 337
Teqlər , , ,
Paylaş

logo