Ə.Kouel Ferrari-nin təklifini rədd edib

Bəzi iddialara görə Mercedes-in baş motorçusu Əndi Kouel əsas rəqibləri olan Ferrari-nin təklifini rədd edib.

F-1.az xatırladır ki, Ferrari mövsümə çox pis başlayıb və mühərriklə bağlı ciddi problemlər var. Mühərrik həm dözümsüzdür, həm də düzlüklərdə rəqiblərindən çox geridə qalır. Buna görə də İtaliya komandası Mercedes-dən ayrılan Əndi Kouelə təklif göndərib. Ancaq britaniyalı mütəxəssis “qırmızılar”ın təklifini rədd edib. İtaliya mətbuatı xəbər verir ki, Formula1 tarixinin ən titullu komandası yeni konstruktor axtarır, amma hələ də namizədlərin kimlərin olduğu bilinmir.

SF1000 şassi və aerodinamika cəhətdən də zəifdir. Bolidin arxa tərəfindəki problemləri həll etmək üçün yeni ötürmələr qutusu hələ də hazır olmayıb. Böyük ehtimalla, yaxın zamanlarda da hazır olmayacaq. Çünki yeni dizayn bolidin çəkisini artıracaq və bu hal performansı daha da pis vəziyyətə gətirə bilər

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*