19 Oktyabr 2019, Şənbə - 01:29

Rosberq Ferrari-yə keçir?

Rosberq Ferrari-yə keçir?

Müəllif: Rauf Hacıyev, redaktor

10:43 - 18 May, 2016

Bəzi xəbərlərə əsasən, Mercedes AMG komandasının sürücüsü Niko Rosberq 2017-ci ildə Ferrari-yə keçə bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-cu ildən etibarən Mercedes-in şərəfini qoruyur və Mercedes-dəki ilk 3 mövsümündə Formula1-in əfsanəsi Mixael Şumaxeri məğlub etmişdi. Amma Rosberq son 3 ildə yeni komanda yoldaşı Lyuis Həmitondan geridə qalmışdı. Üstəlik, Həmilton 2 dəfə çempion olandan sonra Rosberq şok yaşamışdı.

Xatırladaq ki, Rosberq bu mövsümə əla başlayıb və ilk 4 yarışda qələbə qazanaraq, turnir cədvəlində birinci yeri tutur. Amma almaniyalı sürücünün Mercedes ilə olan müqaviləsi ilin sonunda bitəcək.

BBC-nin juralisti Corce Terrutsi iddia edib ki, Rosberq 2017-ci ildən etibarən Ferrari-nin şərəfini qoruyacaq.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene “Mənim telefonum həmişə zəng çalır” deyərək, xəbəri təkzib edib. Mauritsio bildirib ki, hazırda onlar üçün bolidin inkişafı önəmlidir.

Xatırladaq ki, Rosberq İspaniya yarışının startında liderliyə yüksəlsə də, 4-cü döngədə ona hücum edən komanda yoldaşı Həmilton bolidin idarəetməsini itirərək, Rosberqə çırpılmışdı və hər iki sürücü də yarışı vaxtından əvvəl bitirmişdi.

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirmişdi ki, Rosberq komandadan ayrılsa, onun yerinə Fernando Alonsonu gətirə bilərlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 389
Teqlər , , , , , , , ,
Paylaş

logo