S.Fettel: “Faciə deyil”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, sıralanma turunda aldığı nəticə fəlakət deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü Hunqaroqinqdəki yarışa 4-cü yerdən başlayacaq.

Sebastyan Fettel: “Məncə, çox pis deyil. Mercedes-lə fərq böyük deyil. Amma sıralanma turunun quru havada keçməsini istəyərdim. Quruda olsa, fərqli olardı. Hər şəraitə hazır olmalıyıq. Yaş trasda hisslərimiz fərqli olur. Son dövrəmdə hər şeyi sınadım və var qüvvəmlə getdim. Yaxşı dövrə olmasa da, fəlakət deyil. Yarışı qazanmaq üçün hər şey edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*