Karlos Saynsın lisenziyasına 2 bal yazılıb

Ferrari komandasının sürücüsü Karlos Sayns restartdan sonra Alonsonu arxadan vurduğu üçün 5 saniyə cəzası alıb və onun lisenziyasına 2 bal yazılıb.

F-1.az xatırladır ki,  ispaniyalı sürücü yarışın ikinci restartında Fernando Alonso ilə insident yaşayıb. Fernando Alonso buna görə axırıncı yerə düşsə də, yoluna davam edib və orada qırmızı bayraqlar çıxdığı üçün qaydalara görə yenidən öz yerinə qayıdıb. Buna baxmayaraq, FİA-nın Karlos Saynsa yazığı gəlməyib və onun vaxtına 5 saniyə əlavə olunub.

Bundan başqa Karlosun lisenziyasına 2 bal yazılıb. Lakin bu 28 yaçlı pilotun son 12 aydakı ilk ballarıdır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*