S.Fettel: “Layiq idik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Britaniya yarışında layiq olduğu qələbəni qazanıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, gözəl startla əsas rəqibi Həmiltonu geridə qoyub və Ferrari-yə 7 ildən sonra ilk dəfə Silvestounda qələbə gətirib.

Sebastyan Fettel: “Təhlükəsizlik maşını yarışa ədviyyat kimi ləzzət qatdı. Daha sonra Valtteri ilə gözəl mübarizə apardıq. Döngəyə gələndə gözəl həmlə etdim və işə yaradığı üçün xoşbəxtəm. Komandama da təşəkkür edirəm. Hamı bizi gözəl dəstəklədi və onların hesabına bu qələbəni qazandıq. Boynum da bu gün yaxşı idi. Buna görə xoşbəxtəm. Sona doğru ağrının artmasından qorxdum. Amma bu olmadı və xoşbəxtəm. Qələbə qazanmaq gözəldir. Gözəl yarış idi. Həzz aldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*