J.Vilnöv: “Mercedes AMG keçən il tam gücü ilə yarışmadı”

Formula1 üzrə eks Dünya Çempionu Jak Vilnöv bildib ki, Mercedes AMG komandası keçən il tam gücü ilə yarışmayıb...

F-1.az xatırladır ki, Mercedes AMG komandası keçən il 19 yarışdan 16-da qalib gəlib və ard-arda ikinci dəfə Çempionluğu qeyd edib.

Qeyd edək ki, hamı 2016-cı ildə Ferrari və Mercedes AMG arasında gərgin mübarizə gözləyir.

Jak Vilnöv bu barədə fikirlərini bildirib: “Mən düşünürəm ki, Mercedes AMG keçən il tam gücü ilə yarışmadı. Ferrari inkişaf etdi, amma biz Mercedes AMG-nin hansı səviyyədə olduğunu bilmirik.

Kimi Rəykköneni keçən il çox tənqid etdilər, amma o yeni mövsümün surprizlərindən biri ola bilər. Rəykkönen əvvəllər çox güclü sürücü idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*