Fransa-2022: Birinci sərbəst yürüşlər

Olduqca isti havaya görə komandalar soyutma sistemlərini maksimum işə salıblar, lakin bu da onların işini asanlaşdırmayıb. 8 və 9-cu döngələrdə güclü külək də işi çətinləşdirib.

F-1.az bildirir ki, ilk sessiyada iki komandada əvəzetmə olub – Nik de Vriz yeddiqat dünya çempionu Lyuis Həmiltonun əvəzinə Mercedes-in sükanı arxasına keçib, Alfa Romeo-da isə Valtteri Bottasın maşını Robert Kubitsaya tapşırılıb. Yenə də, Haas istisna olmaqla, bütün komandalar yeniliklər gətiriblər və ilk məşqləri onları yoxlamağa həsr ediblər.

McLaren-də yeni parçalar yalnız Rikkardonun maşınına qoyulub, lakin avstraliyalı sürücü yekunda komanda yoldaşından zəif nəticə göstərib.Kubitsa maşındakı problemlərə görə boksa qayıtmalı olub, 10 dəqiqə sonra isə yenidən trasa çıxıb. Geniş təhlükəsizlik zolaqları sürücülərin köməyinə gəlib. Peres üçüncü döngənin çıxışında porebrikə hücumdan sonra yerində fırlanıb, Rikkardo isə 12-ci döngədə trasdan çıxıb. Fettel də ilk döngədə səhvə yol verib. Vizordan çıxan plyonka Peresin maşınının arxa asılqanına ilişib və meksikalı sürücü məcburi pit yoluna yönəlib.

Protokollara Şarl Lekler başçılıq edib – 1:33.930. Məşqlər axşam davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:33.930 23
2 1 Maks Ferstappen Red Bull 1:34.021 + 0:00.091 18
3 55 Karlos Sayns Ferrari 1:34.268 + 0:00.338 21
4 63 Corc Rassell Mercedes 1:34.881 + 0:00.951 25
5 10 Pyer Qasli AlphaTauri 1:34.979 + 0:01.049 21
6 11 Serxio Peres Red Bull 1:35.174 + 0:01.244 21
7 4 Lando Norris McLaren 1:35.232 + 0:01.302 21
8 23 Aleksander Elbon Williams 1:35.414 + 0:01.484 24
9 19 Nik de Vriz Mercedes 1:35.426 + 0:01.496 23
10 3 Daniel Rikkardo McLaren 1:35.660 + 0:01.730 21
11 24 Quanyu Çjou Alfa Romeo 1:35.676 + 0:01.746 20
12 18 Ləns Stroll Aston Martin 1:35.810 + 0:01.880 18
13 31 Esteban Okon Alpine 1:35.828 + 0:01.898 20
14 5 Sebastyan Fettel Aston Martin 1:35.851 + 0:01.921 24
15 14 Fernando Alonso Alpine 1:35.875 + 0:01.945 21
16 47 Mik Şumaxer Haas 1:36.022 + 0:02.092 19
17 20 Kevin Maqnussen Haas 1:36.104 + 0:02.174 22
18 22 Yuki Tsunoda AlphaTauri 1:36.127 + 0:02.197 26
19 88 Robert Kubitsa Alfa Romeo 1:36.332 + 0:02.402 19
20 6 Nikolas Latifi Williams 1:37.043 + 0:03.113 23

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*