S.Fettel darıxdırıcı yarış istəmir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, asanlıqla son sessiyaya qala bilərmiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü Soçidəki sıralanma turunda 11-ci olub.

Sebastyan Fettel: “Son sessiyaya rahatlıqla çıxa bilərdim, amma tson cəhdimdə trafikdə qaldım. Əvvəlki cəhdimdə sürətli ola bilmədiyim üçün özümə əsəbiyəm. Sıralanma turunda yaxşı nəticə qazana bilərdik. Onluğa yaxın olsaq da, bizi çətin yarış gözləyir.

Cümə günü yarış tempimiz pis deyildi. Ancaq bu trasda ötmə etmək çox çətindir. Buna görə də geridə qaldığım üçün məyusam. Görək sabah nə edirik. Ümid edirəm ki, yarış darıxdırıcı olmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*