L.Həmilton: Mənim qarşımı kəsmək istəyirlər

Mercedes komandasının sürücüsü Lyuis Həmilton aldığı cəzalardan sonra FİA-nı tənqid edib.

F-1.az bildirir ki, sürücülər pit çıxışında FİA-nın müəyyən etdiyi yerdə start məşqləri edirlər və yarışa hazırlaşırlar. Ancaq Həmilton Rusiyada müəyyən edilən yerdən kənarda bunu edib və Maykl Masi daha əvvəl sürücülərə bu barədə xəbərdarlıq vermişdi.

Altıqat Dünya Çempionu bu hərəkətinə görə 10 saniyə cəzası alıb.

Lyuis Həmilton: “Doğrudan da bilmirəm. Gedib qaydaları yenidən oxuyacam və nəyi səhv etdiyimi anlamağa çalışacam. Daha əvvəl heç kəs belə axmaq şeyə görə iki dəfə 5 saniyə cəzası almayıb. Düzü, heç kimi təhlükəyə atmadım. Bunu daha əvvəl digər traslarda da etmişəm və heç vaxt araşdırılmamışam. Mənim qarşımı kəsməyə çalışırlar. Ancaq problem deyil. İşimi görəcəm.

Mənimçün yaxşı yarış deyildi. Əlimdən gələni edib çox xal qazandım. Pit-stoplardan sonra heç nə etmədim və yerimi qorudum. Buna görə Valtterini təbrik edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*