L.Həmilton zəif olsa da, xoşbəxtdir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yaxşı gün keçirsə də, tempi olmayıb.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Bakıdakı cümə sərbəst yürüşlərini 11-ci yerdə bağlayıb. Britaniyalı pilot yanacaq çəni boş olarkən və Soft təkərlərlə gedərkən sürət yığa bilməyib.

Lyuis Həmilton: “Düzünü desəm, günüm yaxşı keçdi. Lazımi dövrələr vurdum. Çox səhv eləmədim. Deyəsən birinci sərbəst yürüşlərdə təkəri blokladım. Bu qədər.

İlk sessiyada özümü daha yaxşı hias edirdim. İkinci sessiyada isə bundan yaxşısı mümkünsüz idi. Yəni ki, çox geridəyik. Hamımız əlimizdəki məlumatlara baxıb iş görəcəyik. Yarış tempimiz yaxşı idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*