L.Həmilton: Valtteri Ferstappeni buraxdı

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildiirb ki, Bottas startda Ferstappen üçün açıq qapı qoyub.

F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri Meksika yarışına ilk iki yerdən başlasalar da, ilk döngədən sonra üçlükdə sadəcə Həmilton qalıb. Yarışa pouldan başlayan Bottas startda ləngiyib və Ferstappen onu rahatlıqla keçərək, liderliyə yüksəlib. Həmilton isə Ferstappenin gerisində ikinci yerdə qalıb.

Lyuis Həmilton: “Valtteri yaxşı start alsaydı, mən də onun hava kisəsindən istifadə edərdim. Lakin onun yanında idim. Bu da yaxşı haldır və mən öz tərəfimi qoruyurdum. Rəqiblərimi daxili trayektoriyaya buraxmamağa çalışırdım. Güzgüdə gördüyüm Red Bull-u arxamda saxlamalı idim. Düşündüm ki, Valtteri də eynisini edəcək. Ancaq Maks qapını açıq qoydu. Ferstappen yarış trayektoriyasında idi və əylənmə zamanı yaxşı işlədi. Mən çirkli tərəfdə idim və mənim üçün ümid yox idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*