L.Həmilton: Qazanmaq üçün hər şey edəcəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, qələbə üçün hər şey edəcək.

F-1.az xatırladır ki, Alman təmsilçisi bu gün yeni bolidini təqdim edib. Komanda birillik fasilədən sonra yenidən qara rəngə qayıdıb.

Lyuis Həmilton: “On ildir ki, bu komandadayam və onların əzmkarlığı məni hər dəfə təəccübləndirir. Komandadakı işçilərin işlətinə belə yanaşması mənə ilham verir.

Boliddəki dəyişiklikləri görmək gözəldir. Bolidin əksər detallarını yenidən dizayn etdik və yenilədik. Bunlar təsiredicidir. Yeni rəng çalarını da bəyəndim. Elə bil ki, mən ciddiyəm deyir.

Yenidən yarışacağım üçün həyəcanlıyam. Özümü sakit, enerjili hiss edirəm. Qazanmaq üçün hər şey edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*