L.Həmilton: Red Bull-a 1.5 saniyə uduzuruq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull-a hər dövrə 1.5 saniyə uduzurlar.

F-1.az xatırladır ki, Mercedes ilk yarışda Red Bull-dan 51 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Bolid keçən il çox maneələrlə qarşılaşırdı və problem sadəcə düzlüklərdə deyildi. Buna görə də daha böyük qanadla yarışmalı olduq, çünki belə olan halda rəqiblərimizə yaxınlaşa bilirdik.

Bu il döngələrdə çox problem yaşayırıq. Düzlüklərdə sürətli olsaq da, rəqiblərimizi düzlüklərin çıxışında bolidi daha yaxşı ram edirlər.

Məncə, Red Bull yarışda tam gücdə getmədi və buna görə onların daha sürətli olduqlarını düşünürəm. Yarış tempində demək olar ki, 1.5 saniyə uduzuruq.

Qazanmağımız üçün Red Bull, Ferrari, hətta Aston Martin problem yaşamalıdır. Lakin biz onlara çatacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*