F.Alonso: Xaotik yarış olacaq

Alpine komandasının sürücüsü Fernando Alonso xaotik yarış gözləyir.

 

F-1.az xatırladır ki, Alpine komandası Ferrari və Red Bull ilə birgə son sessiyaya tam heyətlə qalan üç komandadan biri olub.

Fernando Alonso: “Əla gün idi və tempimiz yaxşı idi. Bəhreyndə son sessiyaya qalmışdıq və Ciddədə eyni uğuru təkrarladıq. Bu həftə keçən həftəyə nisbətən daha yaxşı vəziyyətdəyik. İndiyə kimi hər şey komanda üçün yaxşı keçdi və boliddən razıyıq.

Sıralanma turunda üç komanda tam heyətlə son sessiyaya qaldı – Red Bull, Ferrari və Alpine. Bu nəticəyə sevinməliyik. Digər tərəfdən isə sabah bizi uzun yarış gözləyir. Təhlükəsizlik maşınının bir neçə dəfə trasa çıxmasını gözləyirəm. Keçən ildən sonra burada xaotik yarış gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*