Alpine ilk üç yarışda çəhrayı olacaq

Alpine komandası 2023-cü il mövsümünün ilk 3 yarışında çəhrayı rənglə yarışacaq.

F-1.az xatırladır ki, Alpine 2023-cü il bolidi A523-ü bu gün təqdim edib.

Komanda keçən il olduğu kimi bu il də iki fərqli rəng çaları ilə yarışacaq. Bu rəng çalarından biri mavi, biri isə çəhrayıdır. Fransız istehsalçı mövsümün ilk 3 yarışında çəhrayı rənglə yarışacaq. Qaıan yarışlarda isə mavi rəngi seçəcək.

Bunun əsas səbəbi isə komandanın titul sponsoru olan BWT-dir. Buna görə də Bəhreyn, Ciddə və Avstraliya yarışlarında Alpine çəhrayı rəngi seçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*