P.Qasli Alpine-dən razıdır

Alpine komandasının sürücüsü Pyer Qasli komandasının inkişafından razıdır.

F-1.az xatırladır ki, fransalı sürücü keçən ilin sonunda AlphaTauri-dən ayrılaraq, Alpine-ə keçmişdi. Lakin o, komandaya tez uyğunlaşıb və komanda yoldaşı Qasli ilə yaxın tempdə gedirlər.

Bundan başqa Alpine komandası da son iki yarışa yaxşı yeniliklər gətirib və yavaş-yavaş zirvədəki 4 komandaya yaxınlaşır.

Pyer Qasli: “Son həftələrdəki inkişafımızsan razıyam. Hələ mövsümün əvvəlindəyik və mən hər həftəsonu komanda barədə yeni şeylər öyrənirəm. Onlar da mənim haqda yeni şeylər öyrənirlər.

Doğrudan da hər həftəsonu irəliyə doğru addım atdığımızı düşünürəm. Məsələn, İspaniyada sıralanma turunda güclü idim. İkinci yerdəki Karlosa cüzi fərqlə uduzmaq paketimizin gücünü göstərir. Buna görə də bundan müsbət nəticə çıxarmalıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*