P.Qasli: Alpine-də açıqsözlü olmalıyam

Alpine-nin sürücüsü Pyer Qasli düşünür ki, yeni komandasına öyrəşmək üçün vaxt lazımdır.

F-1.az xatırladır ki, fransalı sürücü bu ildən Alpine-nin şərəfini qoruyacaq.

Pyer Qasli: “Yeni komandaya keçmək həmişə çətin olur. Yarış komandasını, texniki heyəti tanımırsınız. Buna görə də temp tutmaq üçün vaxtınız gedir.

Bəzən maşına minəndə hər şey qaydasında olur. Bəzən də xırda sazlanmalara ehtiyac duyulur. Açıq danışacam: Gözləntim yoxdur. Nə edəcəyimi bilirəm. Ümid edirəm ki, onlara tez uyğunlaşıb, yaxşı nəticələr qazanaram.

AlphaTauri nə istədiyimi bilirdi. Burada hər şey fərqlidir. Buna görə də açıqsözlü olmalıyam. Məsələn, bolid öndən sürüşürsə, hər sürücü üçün həll yolu fərqli olur. Hamıya eyni sazlanma seçmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*