F.Alonso: Son yarışlardan xal almalıyıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, son 5 yarışda maksimum xal almalıdırlar.

F-1.az xatırladır ki, Alpine hazırda Mühəndislər Kubokunda 5-ci yerdədir və onların ən yaxın rəqibi AlphaTauri-dir.

Fernando Alonso: “Mövsümün sonuna 5 yarış qalıb və bunlar əvvəlki 15 yarışla bənzər olacaq. Sürpriz nəticələr gözləmək lazım deyil. Sadəcə xal qazanmağa çalışacağıq. Amerikadan əvvəl 14 yarışlıq xal qazanma seriyamız var idi. İndi bu sona çatdı. Görək son 5 yarışda nə edirik, çünki yaxşı nəticələr komandanın əhvalını yüksəldir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*