F.Alonso: “Vandorn üçün çətin mövsümdür”

McLaren komandasının sürücüsü Ferando Alonso bu il Formula1-də debüt edən komanda yoldaşı Stoffekl Vandornu müdafiə edib

F-1.az xəbər vermişdi ki, McLaren komandasının idman direktoru Erik Bulye belçikalı sürücünün performansından narazıdır. 25 yaşlı sürücü cari mövsümdəki bütün yarışlarda komanda yoldaşı Fernando Alonsoya qarşı üstünlük qazana bilməyib. İspaniyalı sürücü bu mövsüm tamamladığı 2 yarışın birindən xal qazandığı halda, Vandorn bu il tamamladığı 5 yarışın hamısında xal üzünə həsrət qalıb.

Fernando Alonso: “Onun üçün çətin və əsəbpozucu mövsümdür. Trasların çoxunu tanımır və buna görə də traslar və Formula1-lə bağlı hər şeyi öyrənir. Bolidi test etməmiş və hazır olmadan sıralanma turuna çıxır. Həm özü üçün, həm də komanda üçün çətindir. Ümid edirəm ki, gələn il güclü bolidimiz olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*