F.Alonso: “Fetteli arxamızda tutmaq çətin olacaq”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, sonuncu yerdən start alacaq Sebastyan Fetteli arxalarında tutmaq çox çətin olacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sabahkı yarışa 10-cu yerdən başlayacaq.

Fernando Alonso: “Fettel sonuncu yerdən başalyır və 10-cu olduğum üçün onu arxamda tutmalıyam. Amma bu mümkün deyil. Keçən il də Sinqapurda sonuncu yerdən başlayıb 5-ci olmuşdu. Bu cür güclü bolidləri varkən ssenarinin fərqli olacağını zənn etmirəm. Onu arxamızda tutmaq çətin olacaq. Yarış tempimiz sıralanma tempimizdən zəifdir. Buna görə də sabah işimiz çətin olacaq. Əlimizdən gələni edib maksimum nəticə göstərməyə çalışacağıq. Bəlkə yağış yağsa, işlər dəyişə bilər. Hazırda bizim üçün ən yaxşı ssenari bu olardı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*