Ə.Nyui Alonsonu istəyir

Aerodinamikanın atası sayılan Ədrian Nyui əfsanəvi Fernando Alonso ilə işləmək istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün adı Red Bull-la hallanır və bəzi iddialara əsasən gələn il Qaslinin əvəzinə yarışa bilər.

Ədrian Nyui: “Onunla işləmək gözəl olardı. Seçimləri uğursuz olsa da, mədəni davranırdı. Fernandonun istedadı sürdüyü bolidlərin limitlərini aşır. Bu, əsl sürücünün keyfiyyətini göstərir.

Heyif ki, Fettellə komanda yoldaşı olmadı. Amma gəlməyə yaxın idi. Bir yerdə çoxlu uğur qazana bilərdik. Lakin alınmadı. Red Bull həmişə öz sürücülərini yetişdirmək istədi. Bir neçə dəfə danışıqlar apardıq. Avstriyada da görüşdük. Lakin alınmadı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*