21 Avqust 2019, Çərşənbə - 03:11

F.Alonso mövsümü yaxşı nəticələrlə başa vurmaq istəyir

F.Alonso mövsümü yaxşı nəticələrlə başa vurmaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

14:09 - 25 Sentyabr, 2016

McLaren Honda-nın ispan sürücüsü qalan 6 yarışın hamısından xal qazanaraq mövsümə yaxşı nöqtə qoymaq istədiyini bildirib.

F-1.az bildirir ki, McLaren Honda bu il Mühəndislər Kubokunda Toro Rosso-nu qabaqlayaraq 6-cı yerdədir və bəzi yarışlarda ən sürətli 4-cü komanda kimi görünür. Sinqapur Qran Prisini 7-ci yerdə tamamlayaraq komandasına vacib xallar qazandıran Fernando Alonso bunu növbəti yarışlarda da etmək istədiyini bildirib.

Fernando Alonso: “Qalan yarışlarda daha da sürətli olacağımızı düşünürəm. Mövsümün son yarışlarında 4-cü ən sürətli komanda ola bilərik. Ən pis halda 7-8-ci yerləri tutacayıq, öndəki yerlərdə nələrsə baş verərsə, daha yaxşı nəticələr əldə edə bilərik. Yeddincilik Sinqapurda əldə edə biləcəyim ən yaxşı nəticə idi. Daha aşağı yer tutan sürücülərin bolidləri bəlkə də, daha sürətli idi. Lakin düzgün strategiya da bizə kömək etdi. Sayns problemlə üzləşdi, Hülkenberq yarışı tamamlaya bilmədi. Bunlar da bizə kömək etdi. Mercedes AMG, Red Bull və Ferrari-dən sonra ən yaxşı biz idik”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 336
Teqlər ,
Paylaş

logo