Alonso, Fettel və Həmilton 20-likdədirlər

Formula1-in Dünya Çempionları Lyuis Həmilton, Sebastyan Fettel və Fernando Alonso Dünyanın ən çox pul qazanan 20 idmançısı arasına giriblər.

F-1.az Forbes jurnalına istinadən xəbər verir ki, ən çox pul qazanan idmançı Real Madrid komandasının ulduz qoleadoru Kriştianu Ronaldudur. Portuqaliyalı futbolçu 93 milyon dollar pul qazanır. İkinci yerdə isə 86.2 milyon dollarla Klivlend komandasının basketbolçusu Lebron Ceyms qərarlaşıb. Əfsanəvi Lionel Messi isə 80 milyon dollarla 3-cüdür. 4-cü yerdə tennis tarixinin ən çox Böyük Dəbilqə qazanmış idmançısı Rocer Federer gəlir. İsveçrəli əfsanə ilə 64 milyon dollar qazanır.

Onluğa daxil ola bilən yeganə Formula1 sürücüsü Lyuis Həmilton ilə 46 milyon dollar pul qazanır. Sebastyan Fettel 38.5 milyon dollarla 14-cü, Alonso 36 milyon dollarla 20-cidir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*