Rəsmən: Həmilton daha 1 il Mercedes-də qalacaq

Formula1 üzrə yeddiqat Dünya Çempionu Lyuis Həmilton komandası Mercedes-lə yeni müqavilə imzalayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi keçən ilin sonunda bitmişdi. Lakin tərəflərin yeni müqavilə üçün danışıqları kor bağırsaq kimi uzanırdı. Nəhayət ki, tərəflər mövsümün başlamasına bir ay qalmış razılığa gəliblər. Lyuis Həmilton “gümüşü oxlar”la yeni birillik müqavilə imzalayıb.

Lyuis Həmilton: “Mercedes-lə doqquzuncu mövsümə hazırlaşıram və çox həyəcanlıyam. Komandamızla birlikdə inanılmaz işlər gördük və yeni uğurlar qazanmaq üçün səbirsizlənirəm”.

Toto Volff: “Həmiltonla davam edəcəyimizlə bağlı həmişə eyni fikirdə idik. Lakin proses uzun çəkdi.

Lyuisin uğurları idman tarixinə düşüb. Lyuis həm markamız üçün, həm də tərəfdaşlarımız üçün çox vacibdir. Mercedes və Lyuisin hekayəsi son 8 ildə idman tarixinə qızıl hərflərlə yazılıb. Yeni tarix yazmaq üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*