Rəsmən: Bottas da yeni mühərriyə keçib

Mercedes komandası növbəti dəfə Valtteri Bottasın mühərriyini dəyişib və finlandiyalı sürücü Rusiya yarışına 17-ci yerdən başlayacaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar” elə keçən yarışda Bottasa yeni mühərrik vermişdilər. Lakin Almaniya komandası bu dəfə stratejik addım atıb. Beləliklə, finlandiyalı sürücü Maks Ferstappendən 3 yer öndə start alacaq. Beləliklə, Mercedes bu yolla hollandiyalı sürücünü əngəlləyəcək.

Qeyd edək ki, bu həftəsonu Nikolas Latifi və Şarl Lekler, Maks Ferstappen də motor dəyişiblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*