S.Fettel məyusdur

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel Britaniya yarışında yerində fırlandığı üçün məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 8-ci yerdən başlasa da, yerində fırlanıb və son pillələrə düşüb. Daha sonra yüksələ bilməyən dördqat Dünya Çempionu mübarizəni dayandırmalı olub.

Sebastyan Fettel: “Britaniyada şansımız var idi və problem yaşamasam, xal qazanardım. Fernando ilə mübarizədə bolidin idarəetməsini itirdim və çox məyusam. Nə baş verdiyini bilmirəm, ancaq səhv elədim. Bolidin asfaltla ilişməsi itdi və yerimdə fırlandım. Ən sona düşdüm. Daha sonra isə komanda soyutma sistemində problem tapdı və yarışı dayandırdım.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*