S.Fettel: “Planlarımız var”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarış üçün planları var.

F-1.az xatırladır ki, Ferrari qış testlərində güclü olsa da, mövsümün ilk yarışlarında gözlənilən performansı göstərə bilməyib. Komanda Çində sıralanma turunda da Mercedes-dən geri qalıb.

Sebastyan Fettel: “Barselonada güclü idik. Amma sonra onu təkrarlaya bilmədik. İlk iki yarışda kiçik problemlərimiz oldu. Bəhreyn istədiyim kimi olmadı. Problemləri həll etməyə çalışırıq. Lakin bolid güclüdür və bunu göstərmək bizim vəzifəmizdir.

Məncə, sıralanma turu yaxşı keçdi. Onları uda bilməsək də, arxalarındayıq və yarış üçün alternativllərimiz var. Biz bolidi dünənə nisbətən təkmilləşdirdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*