F.Alonso: Maşın əla işləyir

Aston Martin komandasının sürücüsü Fernando Alonso Mayamidəki sıralanma turunda maşınından həzz alıb.

F-1.az xatırladır ki, Matamidəki sıralanma turu Leklerin qəzasına görə qırmızı bayraqlarla sona çatıb. Bundan sonra Peres poul qazanıb. Alonso ikinci, Sayns isə üçüncü yeri tutub. Çempionatın lideri Maks Ferstappen isə yarışa 9-cu yerdən başlayacaq.

Fernando Alonso: “Yaxşı sıralanma turu idi. Məncə, üçüncü sərbəst yürüşlər bizim üçün qarışıq keçdi. Fərqli sazlanmalar sınadıq və işləmədilər. Amma komanda ilk dörd yarışdan sonra maşını daha yaxşı hala gətirdi. Bolid sıralanma turunda yenidən özünə gəldi.

İkinci olduğum üçün sevincliyəm. İlk cərgədəyik və görək nə ediirik. Havaya da diqqət etməliyik. Yarışda yağış yağa bilər. Bu reallaşsa, hər şey qarışa bilər.

Bolidin balansı mükəmməldir. Hər dövrədən həzz aldım. Xüsusən də buradakı aşağı sürətli döngəlrə çox çətindir. 11-ci və 16-cə döngələr arasında bariyerlərə çox yaxın gedirik. Buna görə də sıralanam turunda limitdə getmək üçün bolidə güvənməlisiniz. Mən də bu güvəni hiss etdim və çox razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*