S.Peres Avstraliyada inkişaf gözləyir

Racing Point komandasının sürücüsü Serxio Peres mövsümün ilk yarışı olan Avstraliyada daha güclü bolid gözləyir.

F-1.az xatırladır ki, Racing Point komandası qış testlərində zəif təsir bağışlayıb. Boliddə gözəçarpan heç bir fərqlilik olmayıb.

Serxio Peres: “Orta qrupun ən sürətli komandalarından deyilik. Ancaq ən zəiflərdən də deyilik. Düzdür, məqsədimiz 4-cü olmaqdır və hələ də buna inanıram. Melburnda bolidi daha da gücləndirmək üçün hər şey edəcəyik.

Artıq əvvəlki dövr deyil. Məqsədim bu komandanı bacardığım qədər irəliyə aparmaqdır. Bu layihə ilə maraqlanıram. Əla işlər görə bilərik. Bu il Alfa Romeo güclü olacaq, amma əminəm ki, hamıdan öndə olacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*