S.Peres: Ferrari güclü olacaq

Red Bull komandasının sürücüsü Serxio Peres düşünür ki, Ferrari Barselonada güclü olacaq.

F-1.az xatırladır ki, Ferrari bu həftəsonu yeni altlıq, arxa əyləc və arxa qanad gətirib. Red Bull isə ön qanad və altlıqla gəlib.

Sergio Perez: “Ferrari bu həftə güclü olacaq. Bunu bilirik. Atdıqları addımın böyük olduğunu düşünürük. Yenə də bir söz deyə bilmərik. Özümüzə fokuslanmalı və problem yaşamamalıyıq. Son yarışda texniki problem yaşayana qədər tempimiz yaxşı idi. Problem yaşamasaydıq, podiuma yüksələcəkdik. Xal itirdik. Etibarsızlıq problemləri bizə çox xal itizdirdi. Ümid edirəm ki, bunları aradan qaldırarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*