C.Herbert: Peres Ferstappenin bəlasına çevrilir

Sabiq Formula1 pilotu Conni Herbert düşünür ki, Serxio Peres artıq Maks Ferstappen üçün təhdiddir.

F-1.az xatırladır ki, meksikalı sürücü bu il yaxşı performans göstərir və hazırda lider Ferstappendən sadəcə 15 xal geridə qalır.

Conni Herbert: “Getdikcə fərqi azaldır və komandada özünü yaxşı hiss edir. Monakoda mükəmməl performans göstərdi və özünə gəlir. Bu hal həm özü üçün, həm komanda üçün yaxşıdır. Mühəndislər Kubokunda hər xal vacibdir.

Onun sürüş tərzi kartinqə yeni başlayanlar üçün əla dərslikdir. Tras üzərində özünə yaxşı yer seçir və getdikcə güclənir. Növbədə Peresin çox sevdiyi Bakı trası var. Burada üç dəfə podiuma yüksəlib. Bu uğura ondan başqa Sebastyan Fettel çatıb. Bakı ona sürətini göstərmək fürsəti verəcək.

Peres getdikcə Ferstappenin başının bəlasına çevrilir. Növbəti yarışlar maraqlı olacaq, çünki iki Red Bull bir-birləri ilə mübarizə aparacaq. Görək necə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*