S.Peres: “Hülkenberq getsə, F1 itirər”

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, Niko Hülkenberq özünə komanda tapa bilməsə, Formula1 ən güclü sürücülərdən birini itirəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Renault-dan ayrıldıqdan sonra özünə komanda tapa bilmir. 32 yaşlı pilotun Williams, Alfa Romeo və ya Red Bull-a getmə ehtimalı var. Lakin Williams sponsorlu sürücü istəyir, Red Bull isə öz pilotları arasında seçim edəcək. Alfa Romeo-num sürücü heyətinə Ferrari qərar verir. Buna görə də Hülkenberqin gələn il yarışmama riski var.

Serxio Peres: “Bu, məyusedicidir. Belə hallar Formula1-də istedadın vacib olmadığını göstərir. Sürücünün əlində olmayan siyasi və digər faktorlar var. Nikonun gücünü hamımız bilirik. Buna görə də qərar verməlidir. Öz seçimini etməlidir, çünki o, ən güclü pilotlardan biridir. Əgər idmandan getsə, məyus olaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*