F.Massa: “İşimiz çətin olacaq”

Felipe Massa bildirib ki, Williams komandası Amerika yarışından yaxşı xallar almaq üçün hər şeyi bir araya gətirməlidir...

F-1.az xatırladır ki, braziliyalı sürücü yarışa 9-cu yerdən başlayacaq. Williams komandası Force İndia ilə 4-cü yer uğrunda mübarizə aparır. Massa və Bottas Peresi geridə qoysalar da, Hülkenberqin arxasından start alacaqlar.

Braziliyalı sürücü buna görə narahardır: “Sıralanma turu gözəl idi. Force İndia-lardan birini keçdik. Amma digəri bizdən qabaqdadır. Yarışda Nikonu da qabaqlamaq istəyirik. Bolid yarış tempində güclüdür. Buna görə də yarışda bir az şansımız var. Əsas odur ki, hər şeyi bir araya gətirib, finiş xəttini keçək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*