S.Peres podiuma qayıtmaq istəyir

Red Bull komandasının sürücüsü Serxio Peres bu həftəsonu Silverstounda podiuma qayıtmaq istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü Kanada yarışında ötürmələr qutusu problemi yaşamış və mübarizəni dayandırmışdı.

Serxio Peres: “Kanadadakı çətin yarışdan sonra bir həftə fasilə vermək çətin olur. Buna görə də Silverstouna işləri qaydasına qoymağa gedirəm. Komanda olaraq tempimiz yaxşıdır və əlimdən gələni edərək, zirvəyə oynamaq istəyirəm. Bu həftəsonu əsas hədəfim podiuma yüksəlməkdir. Komanda ilə çox işləyirəm və hansı sahələrə fokuslanmalı olduğumuzu bilirik. Buna görə də həftəsonuna hazırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*