Red bull sürücüləri yeni güc qurğusuna keçiblər

Red Bull komandasının sürücüləri Maks Ferstappen və Serxio Peres yeni güc qurğusuna keçiblər.

F-1.az xatırladır ki, Ferstappen yarışa 10-cu, Peres isə 11-ci yerdən başlayacaq.

buna görə də “qırmızı öküzlər” hər ehtimala qarşı sürücülərini yeni güc qurğusuna keçirib. İki sürücü də yeni daxiliyanma mühərriyinə, turboya, MGU-K və MGU-H generatorlarına keçiblər. Lakin iki sürücü də limitləri aşmadıqları üçün cərimələnməyiblər.

Alphatauri komandaısnın sürücüsü Pyer Qasli isə sıralanma turunda 19-cu yeri tutduqdan sonra yeni güc qurğusuna keçdiyi və bəzi detallarda limitləri aşdığı üçün startda yer itirib. Beləliklə, fransız sürücü yarışa pit yolundan başlayacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*