K.Horner: “Maks ideal formadadır”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, sürücüsü Maks Ferstappen hazırda formasının zirvəsindədir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Çin yarışına 16-cı yerdən başlasa da, yekunda 3-cü yerə qədər yüksəlmiş və komandasına bu mövsüm ilk, Formula1-dəki 100-cü podiumunu qazandırmışdı.

Kristian Horner
: “Maks hazırda formasının zirvəsindədir. Keçən il Brazilayada etdikləri bizi təsirləndirmişdi. Çindəki performansı isə onun yağışda çox güclü olduğunu sübut etdi. Sebastyan da yağışda çox güclüdür. İlk qələbəsini Toro Rosso ilə yağışlı havada qazanmışdı. Maksın da yağışlı havalarda 6-cı hissiyyatı qüvvətlidir və nə edəcəyini çox yaxşı bilir. Vaxt keçdikcə daha da güclü olacaq. İndi növbədə Bəhreyn yarışı var və iki sürücümüzlə də yaxşı nəticə qazanmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*