Ferstappen: Netflix-dən fikrimi nəzərə almalarını xahiş etdim

Maks Ferstappen bu yaxınlarda Drive to Survive serialını çox tənqid edib və ilk vaxtlar hətta beşinci mövsümdə çəkilməkdən imtina edib, lakin tədricən sənədli filmlərin istehsalçısı Netflix-in bu işi ilə bağlı fikrini dəyişib.

F-1.az xəbər verir ki, keçən il Maks filmin yaradıcılarının çempionatın hadisələrini özünəməxsus şərh etmələrini bəyənməyib, amma görünür, indi ikiqat dünya çempionu bəzi güzəştlərə getməyə və bu oyun qaydalarını qəbul etməyə hazırdır.

Maks Ferstappen: “Mən həmişə demişəm ki, ekranda real həyatda olduğum kimi görünmək istəyirəm. Prodüserlərlə bu mövzuda danışdım, onlar da mənim fikrimi qəbul etdilər.

Başa düşürəm ki, əyləncəni artırmaq üçün nəsə fikirləşməlisən, amma istəyirəm ki, insanların mənim haqqımda real təsəvvürləri olsun, mən belə bir insanam.

Fikrimi nəzərə almağı xahiş etdim, baxmayaraq ki, bu serialın idmanımızın populyarlaşmasında çox mühüm rol oynaması ilə razılaşmağa hazıram. Ümid edək ki, Drive to Survive serialının 5-ci mövsümündə mən dediklərimi nəzərə alarlar, amma biz bunu izlədiyimiz zaman anlayacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*