Niderland-2022: Sıralanma turu

Zandfortda əsas sessiya sıralanma turudur. Demək olar ki, heç bir yarış seeriyasında ötmələr olmur. Poul uğrunda kəskin mübarizə gedir və kiçik səhvlər qəza ilə nəticələnə bilir.

F-1.az xatırladır ki, ilk sərbəst yürüşdə Corc Rassell hamını qabaqlayıb, ikinci və bu gün baş tutan son məşqlərdə isə Şarl Lekler protokollarda birinci olub.

Pirelli bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Hətta Soft təkərləri də qızdırmaq asan olmayıb. Balaca və dar trasda digər problem isə tıxaclar olub.

İlk sessiyada sürücülərin bəziləri dərhal trasa çıxıb, bəziləri isə tıxaclardan yayınmaq üçün boksda gözləməyi üstün tutub. İlk cəhdlərdə Ferstappenin 1:11.317-lik nəticəsi ən yaxşı olub. McLaren mexanikləri Norrisi boksdan təhlükəli şəkildə buraxıblar və Tsunoda son anda toqquşmadan yayınıb. Komanda buna görə 5000 avro cərimələnib. Maks ikinci cəhdindən imtina edən yeganə sürücü olub. Onun nəticəsi birinci olaraq qalıb. Olduqca sürətli gələn Fettel son sektorda çınqıllığa düşüb və mübarizəni tərk edib. Onunla birlikdə, Latifi, Maqnussen, Rikkardo və Bottas üçün də sessiya başa çatıb.

İkinci Sessiya azarkeşlərdən birinin trasa məşəl atmasına görə ilk saniyələrdə qırmızı bayraqlarla dayandırılıb və 6 dəqiqə sonra başlayıb. Azarkeş dərhal müəyyən olunaraq tribunadan çıxarılıb. Maks köhnə təkərlərlə 1:10.927-lik dövrə vurub, qalanları isə ona xeyli böyük fərqlə uduzub. O, yenə ikinci cəhdinə çıxmayıb. Karlos Sayns protokollara başçılıq edib – 1:10.814. Elbon, Çjou, Alonso, Okon və Qasli ilk onluğa düşə bilməyiblər.

Son sessiyada Ferstappen ilk cəhdində yeni etalon təyin edib – 1:10.515. Bir qədər sonra isə Lekler daha sürətli olub – 1:10.456. Stroll hidravlik sistemdəki problemə görə mübarizəyə qoşulmayıb. Trasa yenə məşəl atılıb, lakin bu dəfə onu sarı bayraqlarla aradan qaldırmaq mümkün olub. Lekler 1:10.363 ilə liderliyə yüksəlsə də, Ferstappen doğma azarkeşlərini sevindirməyə nail olub – 1:10.342. Bir qədər sonra sarı bayraqlar yenə dalğalanıb – Peres 13-cü döngənin çıxışında yerində fırlanıb və digər sürücülərin nəticələrini yaxşılaşdırmaq imkanlarını əllərindən alıb.

Maks Ferstappen mövsümdə 4-cü, karyerasında isə 17-ci poulunu əldə edib. Onunla ən ön cərgədən Şarl Lekler start alacaq. İkinci cərgədə Karlos Sayns və Lyuis Həmilton, üçüncü cərgədə isə Serxio Peres və Corc Rassell qərarlaşacaq.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 33 Maks Ferstappen Red Bull 1 1:11.317 3 3 1:10.927 3 1:10.342 6
2 16 Şarl Lekler Ferrari 4 1:11.443 6 4 1:10.988 6 1:10.363 6
3 55 Karlos Sayns Ferrari 14 1:11.767 6 1 1:10.814 6 1:10.434 6
4 44 Lyuis Həmilton Mercedes 2 1:11.331 6 5 1:11.075 6 1:10.648 6
5 11 Serxio Peres Red Bull 8 1:11.641 8 7 1:11.314 5 1:11.077 6
6 63 Corc Rassell Mercedes 6 1:11.561 6 2 1:10.824 6 1:11.147 6
7 4 Lando Norris McLaren 5 1:11.556 6 6 1:11.116 6 1:11.174 6
8 47 Mik Şumaxer Haas 12 1:11.741 9 9 1:11.420 6 1:11.442 6
9 22 Yuki Tsunoda AlphaTauri 3 1:11.427 9 10 1:11.428 6 1:12.556 6
10 18 Ləns Stroll Aston Martin 7 1:11.568 9 8 1:11.416 5 0
11 10 Pyer Qasli AlphaTauri 11 1:11.705 9 11 1:11.512 6
12 31 Esteban Okon Alpine 13 1:11.748 6 12 1:11.605 6
13 14 Fernando Alonso Alpine 9 1:11.667 5 13 1:11.613 6
14 24 Quanyu Çjou Alfa Romeo 15 1:11.826 9 14 1:11.704 6
15 23 Aleksander Elbon Williams 10 1:11.695 9 15 1:11.802 7
16 77 Valtteri Bottas Alfa Romeo 16 1:11.961 9
17 3 Daniel Rikkardo McLaren 17 1:12.081 8
18 20 Kevin Maqnussen Haas 18 1:12.319 9
19 5 Sebastyan Fettel Aston Martin 19 1:12.391 8
20 6 Nikolas Latifi Williams 20 1:13.353 5
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*