Ştiriya-2021: Üçüncü sərbəst yürüşlər

Bu dəfə sürücülər trasa çıxmağa tələsməyiblər. İlk 10 dəqiqədə yalnız Şumaxer və Mazepin, bir qədər sonra isə Alonso və Okon boksları tərk ediblər.

F-1.az bildirir ki, komandalar sazlanmalar üzərində dünən işləyiblər, bu gün daha çox orta və yumşaq təkərlərlə uzun yürüşlərə üstünlük veriblər. Sonlarda isə sürətli dövrələrə yönəliblər.

Sessiya sakit keçib. Mazepin ilk döngədə yerində fırlansa da, yoluna davam edə bilib. AlphaTauri mexanikləri Tsunodanı təkərlərini dəyişdikdən sonra ehtiyatsız buraxıblar və həmin an oradan keçən Bottasla toqquşmaq riski yaranıb.

Son iki döngədə trasdan tam çıxma halına görə 14 nəticə ləğv edilib. Bu dəfə Lyuis Həmilton hamıdan sürətli olub – 1:04.369. Bizi maraqlı sıralanma turu gözləyir, yağıntı olmamalıdır…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:04.369 18
2 33 Maks Ferstappen Red Bull 1:04.573 + 0:00.204 16
3 77 Valtteri Bottas Mercedes AMG 1:04.832 + 0:00.463 24
4 11 Serxio Peres Red Bull 1:05.026 + 0:00.657 21
5 22 Yuki Tsunoda AlphaTauri 1:05.150 + 0:00.781 23
6 10 Pyer Qasli AlphaTauri 1:05.298 + 0:00.929 22
7 16 Şarl Lekler Ferrari 1:05.340 + 0:00.971 21
8 14 Fernando Alonso Alpine 1:05.400 + 0:01.031 24
9 18 Ləns Stroll Aston Martin 1:05.445 + 0:01.076 17
10 5 Sebastyan Fettel Aston Martin 1:05.492 + 0:01.123 19
11 99 Antonio Covinatsi Alfa Romeo 1:05.556 + 0:01.187 23
12 31 Esteban Okon Alpine 1:05.676 + 0:01.307 21
13 55 Karlos Sayns Ferrari 1:05.698 + 0:01.329 22
14 63 Corc Rassell Williams 1:05.863 + 0:01.494 23
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:05.942 + 0:01.573 25
16 47 Mik Şumaxer Haas 1:05.992 + 0:01.623 24
17 3 Daniel Rikkardo McLaren 1:06.116 + 0:01.747 20
18 6 Nikolas Latifi Williams 1:06.119 + 0:01.750 22
19 4 Lando Norris McLaren 1:06.654 + 0:02.285 19
20 9 Nikita Mazepin Haas 1:06.692 + 0:02.323 22
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*