10 Dekabr 2018, Bazar ertəsi - 00:00

Əbu Dabi-2018: Üçüncü sərbəst yürüşlər

Əbu Dabi-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:05 - 24 Noyabr, 2018

Əbu Dabidə şənbə məşqləri elə də vacib əhəmiyyət daşımırlar, günorta temperatur yüksək olur, sıralanma turu və yarış isə axşam başladıqları üçün həm havanın, həm də asfaltın temperaturları çox aşağı düşür. Amma komandalar fürsətdən istifadə edərək gələn mövsüm üçün hazırladıqları yenilikləri yoxlamağa davam ediblər.

F-1.az bildirir ki, sessiyanın 22-ci dəqiqəsində Şarl Lekler porebrik üzərində maşına nəzarəti itirərək qoruyucu baryerlərə çırpılıb, maşının arxa qanadı dağılıb. Amma sürücü boksa qayıda bilib və mexaniklər sessiyanın sonunda onu yenidən trasa qaytarıblar.

Rəykkönen boksa getdiyi zaman fikrini dəyişib və trasda qalmaq qərarına gəlib – ağ xətti tapdaladığı üçün stüardlardan ona xəbərdarlıq gələcək.

Sirotkin, Həmilton, Rəykkönen 20-ci döngədə trasdan çıxıblar. Sessiyanın sonuna 5 dəqiqə qalmış Rikkardonun maşınında problem yaşanıb – soyutma sistemində təzyiq aşağı düşüb.

Qasli və Qrojan 17-ci döngədə təmas yaşayıblar – stüardlar məsələni heç araşdırmayıblar.

Mövsümün son məşqinin protokollarına isə Lyuis Həmilton başçılıq edib – 1:37.176. İki saatdan sonra mövsümün sonuncu sıralanma turu başlayacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes1:37.17616
27Kimi RəykkönenFerrari1:37.464+ 0:00.28818
35Sebastyan FettelFerrari1:37.587+ 0:00.41115
433Maks FerstappenRed Bull1:37.747+ 0:00.57114
577Valtteri BottasMercedes1:37.933+ 0:00.75715
63Daniel RikkardoRed Bull1:38.090+ 0:00.91411
78Roman QrojanHaas1:38.304+ 0:01.12813
827Niko HülkenberqRenault1:38.850+ 0:01.67415
955Karlos SaynsRenault1:38.970+ 0:01.79415
1031Esteban OkonRacing Point1:39.011+ 0:01.8357
1111Serxio PeresRacing Point1:39.053+ 0:01.87714
1228Brendon HartliToro Rosso1:39.074+ 0:01.89817
1316Şarl LeklerSauber1:39.282+ 0:02.10610
1420Kevin MaqnussenHaas1:39.612+ 0:02.43612
1510Pyer QasliToro Rosso1:39.740+ 0:02.56412
1614Fernando AlonsoMcLaren1:39.974+ 0:02.79813
179Markus ErikssonSauber1:39.997+ 0:02.82119
1818Ləns StrollWilliams1:40.117+ 0:02.94118
192Stoffel VandornMcLaren1:40.233+ 0:03.05714
2035Sergey SirotkinWilliams1:41.182+ 0:04.00621

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 194
Teqlər , , , ,
Paylaş

logo