T.Volff: Tualetə atılası sessiyadır

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Əbu Dabidəki sıralanma turunu tualetə atmaq lazımdır.

F-1.az xatırladır ki, Mercedes sürücüləri sıralanma turunda 5 və 6-cı yerləri tutublar.

Toto Volff: “Eşitdiyimə görə bu gün dünya tualet günüdür. Bu sessiya da əsl tualetə atılası sessiyadır. Ferrari qabağa getdi, biz isə gerilədik. Yarışda güclü olmaq üçün asfaltayatma qüvvəsini artırsaq da, düzlükdə çox uduzduq.

Məncə, İnterlaqos maşınımıza uyğun idi. Problem yaşamadıq. Əbu Dabi isə bizim üçün əlverişsiz traslardan biri idi. Düzlüklərdə 0.6 saniyə vaxt itirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*