İspaniya-2021: Birinci sərbəst yürüşlər

Barselonadakı ilk məşqlərə 2 komanda əvəzetmə ilə başlayıb - Williams-da Corc Rassellin maşını Roy Nissaniyə, Alfa Romeo-da isə Kimi Rəykkönenin maşını Robert Kubitsaya həvaləe dilib.

F-1.az bildirir ki, sürücülər ənənəvi olan sazlanmalar və təkərlərin səmərəliliyini öyrənmək proqramını yerinə yetirməklə yanaşı, həm də onuncu döngədənin əvvəlki konfiqurasiyasına qaytarılması nəticəsində 20 metr uzanmış trasa alışmağa çalışıblar.

Asfaltın vəziyyəti səhərki Formula3 məşqindən sonra yaxşı olub. Sürücülər C1 tərkibləri ilə başlasalar da, nəzərəçarpacaq dərəcədə sürətli olan C3 tərkibləri ilə məşqləri yekunlaşdırıblar. Yalnız Ferrari sürücüləri Medium təkərlər rolunda olan C2-lərdən istifadə ediblər.

Artıq 4-cü dəqiqədə Mazepin adət etdiyimiz kimi, yerində fırlanacaq çınqıllığa çıxıb. Geri ötürmə ilə trasa qayıda bilən rusiyalı sürücü maşını boksa çatdırıb və əvvəlki oturacağın qaytarılmasını istəyib. 40 dəqiqə sonra isə Kubitsanın 10-cu döngədə çınqıllığa düşməsinə görə qırmızı bayraqlar dalğalanıb.

Lekler və Saynsın dövrəvi nəticələri ikinci döngədə trasdan çıxdıqları üçün ləğv edilib. Protokollarda ən sürətli dövrə Valtteri Bottasın olub – 1:18.504. Bu nəticə keçənilki ilk məşqlərin ən sürətli nəticəsi ilə müqayisədə 2 saniyə yavaşdır.

Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:18.504 25
2 33 Maks Ferstappen Red Bull 1:18.537 + 0:00.033 19
3 44 Lyuis Həmilton Mercedes AMG 1:18.627 + 0:00.123 22
4 4 Lando Norris McLaren 1:18.944 + 0:00.440 24
5 16 Şarl Lekler Ferrari 1:18.996 + 0:00.492 25
6 55 Karlos Sayns Ferrari 1:19.020 + 0:00.516 22
7 10 Pyer Qasli AlphaTauri 1:19.062 + 0:00.558 26
8 5 Sebastyan Fettel Aston Martin 1:19.234 + 0:00.730 24
9 11 Serxio Peres Red Bull 1:19.349 + 0:00.845 17
10 18 Ləns Stroll Aston Martin 1:19.429 + 0:00.925 25
11 22 Yuki Tsunoda AlphaTauri 1:19.669 + 0:01.165 22
12 31 Esteban Okon Alpine 1:19.681 + 0:01.177 25
13 99 Antonio Covinatsi Alfa Romeo 1:19.694 + 0:01.190 23
14 3 Daniel Rikkardo McLaren 1:19.732 + 0:01.228 24
15 14 Fernando Alonso Alpine 1:19.950 + 0:01.446 25
16 6 Nikolas Latifi Williams 1:20.270 + 0:01.766 25
17 45 Roy Nissani Williams 1:20.700 + 0:02.196 23
18 47 Mik Şumaxer Haas 1:20.766 + 0:02.262 23
19 88 Robert Kubitsa Alfa Romeo 1:21.887 + 0:03.383 13
20 9 Nikita Mazepin Haas 1:21.976 + 0:03.472 22
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*