18 Avqust 2019, Bazar - 15:36

R.Qrojan Mercedes-ə od püskürüb

R.Qrojan Mercedes-ə od püskürüb

Müəllif: Rauf Hacıyev, redaktor

10:03 - 29 May, 2016

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, ikinci sessiyadakı sürətli dövrəsində bir Mercedes sürücüsü tərəfindən əngəllənib…

F-1.az xatırladır ki, Qrojan 1-ci sessiyanı yaxşı zaman nəticəsi ilə 8-ci yerdə bitirmişdi, amma fransalı sürücü ikinci seansda 15-ci yeri tutdu.

Qrojan bildirib ki, Esteban Qutyerresin 12-ci yeri tutduğu sıralanma turunda 3-cü sessiyaya çıxmaq üçün yetəri qədər sürətləri olub. Ancaq fransalı əlavə edib ki, bir Mercedes tərəfindən əngəllənib: “Birinci sessiyada yaxşı idik. Amma ikinci sessiyada hər iki dövrəmdə də trafikə düşdüm.

İki cəhdimdə də Mercedes-in arxasında qaldım. Onlar nə istəsələr edirlər. Məni ləngitdi və təkərlərim yeyildi. Birinci sessiyada olduğu kimi rahatlıqla ilk onluğa düşə bilərdik. Amma ikinci sessiyada rahat bir dövrə vura bilmədim”.

Qrojan sıralanma turundakı uğursuzluğa baxmayaraq, VF-16-nın inkişafından razıdır: “Həftəsonunun əvvəlindən bəri inkişaf etdiyimizi düşünürəm. Boliddən razıyam. Əsəbi olmağımın da səbəbi budur. Sıralanma turunda 3-cü sessiya mümkün idi.

Təkərlərin işləmə aralığı çox azdır. Bütün bolidlərin vəziyyəti fərqlidir. Sürətli bir dövrəyə ehtiyacım var idi və önümdəkilər çox yavaş idilər. Buna görə də sonuncu sessiyaya qala bilmədik”.

Qutyerres performansından razıdır: “İkinci sessiyada əla dövrə atdım. Təkəri hazırlamaq üçün mübarizə apardım. Ən yaxşı nöqtəni tapmağa çalışıram və bunu bacardım. Amma bolidin asfaltla ilişməsi daha yaxşı ola bilər.

Təkərlərin çox həssas olduğunu bilirik. Komanda olaraq təcrübə qazanmağa davam edirik. Bolidi daha yaxşı hala gətirmək üçün lazımi hər şeyi etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər , , ,
Paylaş

logo