V.Bottas cərimələnəcək

Mercedes komandasının sürsücüsü Valtteri Bottas mövsümün son yarışı olan Əbu Dabi Qran Prisinin startında 10 yer itirəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Braziliya yarışında güc qurğusu problemə görə mübarizəni dayandırmalı olmuşdu. Mühərrik bazada yoxlanıldıqdan sonra yararsız olduğu təsduqlənib. Buna görə də Mercedes komandası Bottasın bolidinə yeni motor qoyacaq. Almaniya təmsilçisi həftəsonunun gedişatından asılı olaraq güc qurğusunun digər detallarını da dəyişə bilər. Bu da o deməkdir ki, Bottas yarışın startında ən az 10 yer itirəcək.

Qeyd edək ki, Bottas keçən il də mövsümü 4 güc qurğusu ilə bağlamışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*