N.Hülkenberqin növbəti hədəfi nədir?

Renault komandasının sürücüsü Niko Hülkenberq yeni komanda yoldaşı Rikkardonu məğlub edərək gücünü isbatlamaq istəyir.

F-1.az bildirir ki, almaniyalı sürücü karyerası ərzində çıxdığı 156 yarışın heç birində podiuma yüksələ bilməyib. Nikonun ən yaxşı nəticəsi dördüncülükdür.

Niko Hülkenberq: “Hamı özünə bir hədəf seçir. Mənim üçün də vəziyyət belədir. Renault ilə bağlı qəti hədəflərim var. Bunların reallaşması üçün uzun illər lazımdır. Birdən-birə qələbə uğrunda mübarizə aparmaq mümkünsüzdür. Reqlamentdə böyük dəyişikliklər olsa da, bu mümkün deyil. Renault-nun inkişafını görürəm. Yeni mövsümdə əsas hədəfimiz rəqiblərlə fərqi azaltmaqdır.

Güclü komanda yoldaşıyla işləməkdən həzz alıram. Ondan həmişə nəsə öyrənirsiniz və yaxşı nəticə üçün həmişə təzyiq altında olursunuz. Danieli tanıyıram və güclü sürücüdür. Bir-birimizə qarşı çətin mübarizə aparacağıq. O, yarış qazanmış sürücüdür və nəyə ehtiyacı olduğunu bilir. Son illərdə dörd dəfə çempion olmuş və qələbələr qazanmış komandadan gəlir. Onun transferinin müsbət yönləri var. Onu məğlub edib özümü isbatlamaq istəyirəm. Həmişə ən yaxşı performansımı göstərməyə çalışıram. Onu məğlub etmək üçün əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*